Yanğından qorunmaq üçün bəzi hərəkətlərə fikir versək yanğın baş verməz.Dostlar, gəlin, birlikdə yanğından necə qorunmaq lazımdır onu araşdıraq.
Mən çox vaxt televizorda yanğınların olduğunu görürəm.İnsanlar dincəlmək üçün meşələrə gedirlər.İstirahət zamanı ocaq yandırırlar.Sonra məsuliyyətsizlik edib,ocağı söndürmürlər.Fikirləşirlər ki,öz-özünə sönəcək.Ocaqdakı balaca bir köz böyük yanğınlara səbəb olur.Dostlar, yanğının baş verməməsi üçün hər bir insan diqqətli olmalıdır.

Mən isə araşdırdım ki,elektrik şəbəkələrini çox gücə salmaq olmaz.Hər an onda yanğın
baş verər.
Dostlar mən isə bildirmək istəyirəm ki,gəlin yoldaşlarımıza,tanışlarımıza deyək ki,kibritlə və odla oynamaq olmaz.
Dostlar mən isə sizə olmuş bir hadisəni yazacam.Bir gün telefon zəng çaldı.Anam isə paltar ütüləyirdi.Anamın başı telefonla danışmağa qarışdı.Ütü isə yanılı qalmışdı.Mən yan otağa keçəndə tüstü olduğunu gördüm və tez anama bildirdim.Anam ütünü elektrikdən ayırdı.Mənə isə dedi ki,sən əsl qəhrəmansan .Böyük bir yanğından evimiz qorudun.Dostlar, yanğının baş verməsini istəmiriksə,ütünü yanılı qoyub,başqa bir işlə məşğul olmaq olmaz.
Mən çox axtarış etdim.Belə bir şeyə rast gəldim.Əgər paltarımız yanırsa ,torpağa uzanıb fırlanırıq.Ya da yaxınlıqda su hövzəsi varsa ora tullansaq,yanğın sönmüş olacaq.Gəlin diqqətli və məsuliyyətli olaq ki,yanğın baş verməsin. Yanğına Yox deyək.
Yanğın baş verən zaman tez üstünə yanğın ədyalını atıb,odu söndürmək lazımdır.